Ukrayna Pan Gi Muna etiraz etdi
Ukrayna tərəfi Baş katib Pan Gi Munun Peterburq forumunda dediyi sözlərə görə BMT Baş Assambleyasının bütün üzvlərinə müraciət edəcək.
Axar.az İnforesist-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş nazirinin Avropaya İnteqrasiya üzrə müavini İvanna Klimpuş-Sintsadze çıxış edib:
“Ukrayna bu barədə ABŞ-ın dəstəyini görmək və baş katibin öz sözlərini inkar etməsini istəyərdi”.
Xatırladaq ki, 16 iyunda BMT-nin Baş katibi Pan Gi Mun Sankt-Peterburq Beynəlxalq İqtisadi forumunda Rusiyanın Ukrayna probleminin və Suriya böhranının həllində mühüm rol oynadığını açıqlayıb.
Mənbə:> Axar.az