Ukrayna “Azərspeys”dən niyə imtina etdi?
Səbəb bu kanalların müstəqil fəaliyyətlərini dayandırmasıdır.
Bu sözləri Axar.az-a “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentinin direktoru Aysel Soltanova deyib.
Onun sözlərinə görə, yayımın dayandırılmasında digər səbəb gələcəkdə onların bazasında yeni bir kanalın yaradılmasıdır.
“Ukraynanın Kultura və KDRTK kanalları 31 dekabr 2015-ci il tarixindən etibarən “Azerspeys-1” peykinin Avropa şüası üzərindən yayımlarını dayandırıblar. Səbəb bu kanalların müstəqil fəaliyyətlərini dayandırması və gələcəkdə onların bazasında yeni bir kanalın yaradılmasıdır”.
Xatırladaq ki, “Azerspeys-1” peykindən yayımını dayandıran Ukrayna telekanalları bundan sonra “Amos-3” peyki üzərindən davam edəcək.
Mənbə:> Axar.az