Klintona maliyyə ayıran ölkənin adı açıqlandı
Səudiyyə Ərəbistanı ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klintonun təbliğat-təşviqat kampaniyası üçün maliyyə ayırıb.
Axar.az xəbər verir ki, bu barədə İordaniyanın “Petra” agentliyi məlumat yayıb.
Məlumata görə, Səudiyyənin II Vəliəhdi Məhəmməd bin Salman əl Səud Klintonun seçki kampaniyası üçün nəzərdə tutulan maliyyənin 20 faizinin özləri tərəfindən qarşılandığını bildirib:
“Sözügedən maliyyə vəsaiti böyük məmuniyyətlə ayrılıb”.
Vəliəhd həm Respublikaçılar, həm də Demokratlar tərəfindən ölkəsinə daim dəstək verildiyini də söyləyib.
Mənbə:> Axar.az