Orduya yeni səlahiyyət verildi
Terrorla Mübarizə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.
Reportyor.tv xəbər verir ki, bu vaxta qədər Milli Kəşfiyyat Təşkilatına (MİT) tanınan hüquqi qoruma Silahlı Qüvvələrin hərbiçilərinə də aid ediləcək.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən hazırlanan qanun layihəsində terrorla mübarizədə dəstəyin genişləndirilməsi məqsədi ilə Türkiyə Silahlı Qüvvələrinin səlahiyyətləri artırılacaq. Hətta polkovnik rütbəli şəxslərin xidmət müddətinin 60 yaşadək artırılması da nəzərdə tutulur.
Mənbə:> Reportyor.tv