Ərdoğan: Analığı təkzib edən qadınlar qüsurludurlar
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, analığı təkzib edən qadın qüsurludurlar.
Oxu.Az xəbər verir ki, bu barədə “The Hürriyet Daily News” məlumat yayıb.
“Qadın “Mən işlədiyim üçün ana olmayacam” deyirsə, öz qadınlığını təkzib edir“ (...) Biznes üçün ev işlərindən imtina edən öz azadlıqlarını itirməklə risk edirlər”, - nəşr İstanbulda “Qadın və demokratiya” Assosiasiyasının iclasında çıxış edən türk liderinin sözlərindən sitat gətirib.
O, həmçinin qeyd edib ki, onun baş nazir olduğu dövrdə, ölkədə doğumun sayını artırmaq üçün çox iş görülüb.
Mayın sonunda Ərdoğan müsəlman ailələri üçün ailə planlanması və kontraseptiv vasitələr uyğun olmadığını bəyan edib, “The Independent” qeyd edib.
Türk prezidentinin dörd övladı var. O, əvəllər də ailə planlanmasına qarşı çıxıb. Belə ki, 2014-cü ildə Ərdoğan kontrasepsiyanı “dövlətə xəyanət” adlandırıb.
Mənbə:> Oxu.Az