Ərdoğan alman mediakonserninin rəhbərini məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Ərdoğan alman mediakonserninin rəhbərini məhkəməyə verdi

Ərdoğan alman mediakonserninin rəhbərini məhkəməyə verdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın böyük mediakonsernlərindən biri olan “Axel Springer AG”in rəhbəri Matias Depfneri məhkəməyə verib.

Oxu.Az “Deutsche Welle” istinadən xəbər verir ki, Depfner türk prezidenti haqqında ZDF kanalında təhqiramiz şeir oxuyan alman satiriki Yan Bemermanın ünvanına dəstəkləyici sözlər deyib.

Məlumata görə, Depfner Ərdoğan haqqında zarafatlara güldüyünü bildirib.

Daha sonra türk tərəfi mediakonsern rəhbərinə qarşı Bemermanın ünvanına hansısa bəyanat verməyi qadağan edən məhdudiyyətlər qoymağı tələb edib.

Bununla yanaşı, Ərdoğan qadağa təmin edilməzsə, ali instansiya məhkəməsinə müraciət etmək niyyətindədir, bunu Türkiyə prezidentinin vəkili Ralf Heker bildirib.

Aprelin 10-da türk hökuməti Almaniyanın Xarici İşlər Nazirliyindən aparıcı Yan Bemermana qarşı cinayət işinin başlanmasını tələb edib.

Onun ardınca çıxış edən Almaniyanın ədliyyə naziri Hayko Maas bəyan edib ki, Bemermannın şerinin satira yaxud böhtan hesab edilməsi məsələsi məhkəməyəqədərki qaydada həll olunacaq və qeyd edib ki, Bemermann üzərində məhkəmə istənilən halda keçiriləcək.

Şeir Bemerman tərəfindən martın 31-də Almaniyanın ZDF kanalının efirində “Neo Magazin Royale” verilişində oxunub. Öz satirasında müəllif türk liderini kürd və xristianları sıxışdırmaqda, eləcə də müxalifət qəzetlərinin bağlamaqda ittiham edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *