Alman generalı: Rusiya NATO-nun düşməni deyil
NATO Rusiyanı tərəfdaş kimi nəzərdən keçirir, amma alyans Rusiya ilə həmsərhəd olan Estoniya, Latviya və Litvanın taleyi üçün narahatdır.
AzNews.info Telegraf.lv-yə istinadən xəbər verir ki, bunu Rusiyada hərbi attaşelərin duayeni, alman briqada generalı Rayner Şvalb bildirib.
“Mən əminliklə deyə bilərəm ki, NATO Rusiyanı hərbi və ya siyasi rəqib kimi nəzərdən keçirmir. NATO hər zaman Rusiyanın tərəfdaş kimi nəzərdən keçirildiyini deyib və deyəcək”.
İş ondadır ki, NATO tərəfindən görülən tədbirlər hazırda xəbərdarlıq deyil, bu, hərbi-siyasi bloka daxil olan ölkələri Krımda baş verənlərə bənzər hadisələrdən sığortalamaq qabiliyyəti xarakterini daşıyır”, - Şvalb Həştərxanda Avropa ölkələrinin hərbi attaşe heyətlərinin görüşündən sonra bildirib.
“NATO iki istiqamətdə fəaliyyət göstərir. Birincisi, Rusiya tərəfindən onunla həmsərhəd olan Estoniya, Latviya və Litva kimi ölkələrə qarşı mümkün təhdidin qarşısını almaq. Bununla yanaşı, NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün mehriban qonşuluq əlaqələrini saxlamağa çalışır”, - general əlavə edib.
Mənbə: Oxu.Az