NATO Rusiyanı mühasirəyə alır
NATO döyüş gəmilərini Rusiya sərhədinə göndərir.
Axar.az xəbər verir ki, Estoniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, İspaniya və Böyük Britaniyaya məxsus gəmilər mayın 12-də Tallinə gələcək.
Nazirlik gəmilərin mayın 15-nə qədər Tallində qalacağını və Estoniyada baş tutan "Bahar fırtınası" təlimlərində iştirak edəcəyini bildirib.
Mayın 2-də başlayan təlimlərə 6 minə yaxın hərbçi, o cümlədən NATO qüvvələri qoşulub. Təlimlər mayın 19-da başa çatacaq.
Qeyd edək ki, NATO hazırda Moldova və Gürcüstanda da hərbi təlimlər keçirir.
Mənbə:> Axar.az