ABŞ artıq müharibələrini sona çatdırmalıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

ABŞ artıq müharibələrini sona çatdırmalıdır

ABŞ artıq müharibələrini sona çatdırmalıdır


ABŞ strategiyası çərçivəsində Vaşinqton öz qoşunlarını dünyanın bu və ya digər guşələrinə terrorçularla mübarizə aparmaq məqsədilə yollayır. Bu isə Birləşmiş Ştatların özünün terror qurbanı olmaq riskini durmadan artırır.

Axar.az xəbər verir ki, bu iddia ilə nationalinterest.org çıxış edib.

“Son 15 ilin təcrübəsi göstərir ki, ABŞ-ın özünü müdafiə etmək məqsədilə atdığı addımlar uğursuzluğa düçar olur. ABŞ ictimaiyyəti özünə sual verməlidir: terrorçularla mübarizə aparmaq üçün Əfqanıstan ərazisindən müharibə zonası kimi istifadə etmək lazımdırmı? Bu ölkədə və ya İraqda buradan müharibə meydanı kimi istifadə edilməsi üçün hər hansı xüsusi bir əlamət varmı?” – deyə, müəllif ABŞ-a müraciət edir.

Müəllifin fikrincə, terrorçuları ərazidən çıxara bilmədiyini dərk etmək üçün Əfqanıstanda illərlə müharibə aparmağa ehtiyac yoxdur:

“2011-ci ildə ABŞ-ın Əfqanıstan ərazisində olan hərbçilərinin sayı indikindən dəfələrlə çox idi. ABŞ ordusuna Əfqanıstan ordusu da yardım edirdi, amma Taliban qruplaşmasını məhv etmək mümkün olmadı. İndi ABŞ bu ərazidə 10 min hərbçi ilə nə edə bilər ki?”

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *