Rusiya Xəzərdəki ən güclü gəmisini işə saldı
Xəzər donanmasının flaqmanı olan “Tatarıstan” gəmisi modernləşdirildikdən sonra ilk dəfə hərbi təlimə cəlb edilib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb.
Qeyd edək ki, “Tatarıstan” gəmisi 2014-cü ildə modernizasiyaya verilib və 2016-ci ildə yenidən Xəzər donanmasına qaytarılıb. Onun tərkibində gəmi əleyhinə Uran raket kompleksləri yerləşdirilib. Bu komplekslər isə öz növbəsində X-35 qanadlı raketləri ilə təchiz edilib. Üstəlik “Tatarıstan” gəmisində Osa-MA-2 zenit raket kompleksləri də var. Gəmi modernizasiyadan sonra Qals radiolokasiya sistemləri ilə də təchiz edilib.
Rusiya bu il ərzində Xəzər dənizindəki hərbi təlimlərini 1,5 dəfə artırıb.
Mənbə:> Axar.az