Lavrovdan hədə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Lavrovdan hədə – VİDEO

Lavrovdan hədə


ABŞ Ukraynada davam edən böhranla əlaqədar Krıma qarşı sanksiyaları genişləndirib.

ANS TV-nin məlumatına görə, ABŞ prezidenti Barak Obamanın fərmanına əsasən, ABŞ vətəndaşlarına Krım regionuna hər hansı investisiya yatırma qadağan edilib. Fərman Krımdan malların, xidmətlərin və texnologiyaların ABŞ-a idxalını, həmçinin ABŞ-dan malların satışını və təchizatini və təkrar ixracını qadağan edir.

Fərman Obamanın Ukraynaya yardımı və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanunu təsdiqləməsindən bir gün sonra imzalanıb.

Rəsmi Moskva isə ABŞ tərəfindən qəbul edilən qanunun cavabsız qoymayacağını bəyan edib. Rusiya xarici işlər naziri Sergey Lavrov məsələ ilə bağlı sərt açıqlama verib.

“Vaşinqtonun düşmən hərəkətləri cavabsız qalmayacaq. Mümkün cavab tədbirləri ABŞ-ın yeni qanunu necə yerinə yetirməsindən asılı olacaq. Bunun fəsadlarına görə məsuliyyət tam şəkildə ABŞ tərəfinin üzərinə düşür”, - deyə S. Lavrov bildirib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *