“Ermənistanın başqa seçimi yoxdur... “ » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

“Ermənistanın başqa seçimi yoxdur... “

“Ermənistanın başqa seçimi yoxdur... “


Trofimçuk: “Ya Qarabağı və ətrafındakı rayonları geri qaytarmalıdır, ya da silahlanıb müharibəyə hazırlaşmalıdır”

Hurriyyet.org xəbər verir ki, bu sözləri Ermənistanın “168 saat” qəzetinin suallarına cavab verən beynəlxalq şərhçi, təhlükəsizlik və müdafiə üzrə ekspert, rus analitik Qriqori Trofimçuk deyib.
Jurnalistin “Necə hesab edirsiniz, Ermənistan dördgünlük müharibənin və onun nəticələrinin öhdəsindən gələ bilibmi? O yaranan şəraitdən necə çıxıb və Ermənistan hakimiyyəti hansı addımları atmalıdır” suallarını cavablayan Trofimçuk deyib: “Ermənistan bu “yarımüharibə”dən hələ özünə gələ bilməyib. Çünki təmas zonasında vəziyyət daha 1 aprel xəttində deyil. Nə qədər istəsən, kimə istəsən, deyə bilərsən ki, Azərbaycan yalnız “bir neçə santimetr” torpaq tutub, amma məhz bu məqam hər şeyi dəyişir. Əgər tərəflər dayandıqları mövqelərdə dayanmağa davam etsəydilər, onda danışıqların yeni mərhələsi baş tutardı və nəyəsə nail ola bilərdiniz. Amma indi faktdır ki, Azərbaycan Ermənistana doğru daha da yaxınlaşıb və tələblərini bildirib. Bundan çıxış edərək, onun gələcəkdə də irəliləyəcəyini güman etmək olar. Təbii ki, Ermənistan sərt müqavimət göstərməyə məcbur olacaq – lakin məhz bu da elə tammiqyaslı müharibə olacaqdır. Ermənistanın çox seçim etmək imkanı yoxdur: ya “yol xəritəsi” üzrə danışıqlara getməli, Qarabağı və ona bitişik əraziləri təhvil verməli, ya da silahlanıb müharibəyə hazırlaşmalıdır. Lakin hər bir şəraitdə olduğu kimi, burada da çıxış yolu var. O, Qafqazda ümumi etimad zonası yaratmaqdır. Çünki sovet dövründəki daxili sərhədlərə sadə, mexaniki qayıdış mümkün deyil. Lakin məsələnin bu cür qoyuluşu son onilliklər ərzində Qarabağ problemi ilə məşğul olan bütün iştirakçıların və bütün vasitələrin dəyişdirilməsini tələb edir. Gürcüstan kimi ölkələrin ictimaiyyətçilərini də nəzərdə tutmaq lazımdır. Üstəlik, Azərbaycanın özü də ATƏT-in Minsk Qrupunun formatı və tərkibindən açıq şəkildə narazılığını bildirir. Lakin bu, yalnız məsələnin bir hissəsidir. Qalan şeylər barədə susacağam, çünki elə həmin Minsk Qrupunun tərkibində deyiləm. Öz tövsiyələrinə görə pul alan adamlar var, - qoy indi tam gücləri ilə işləyib qazanclarının haqqını versinlər”.

Mənbə: Hurriyet.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *