Fransa Qarabağı müstəqil dövlət və ya Ermənistanın bir hissəsi kimi tanımayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Fransa Qarabağı müstəqil dövlət və ya Ermənistanın bir hissəsi kimi tanımayıb

Fransa Qarabağı müstəqil dövlət və ya Ermənistanın bir hissəsi kimi tanımayıb


Fransa senatı yanında “Fransa-Qafqaz” Dostluq Qrupunun vitse-prezidenti, Senatın - Fransa Parlamentinin Ali Palatasının xarici işlər üzrə komitə sədrinin müavini Natali Qule bu il iyulun 7-də Fransa hökumətinə suallar ünvanlayıb.

Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, hökumətin qanunvericilik orqanı qarşısında hesabat prosedurları çərçivəsində xanım Qule Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yaradılmış separatçı rejimin qondarma “prezidenti”nin səfəri ilə bağlı məsələ qaldırıb.

Fransa Qarabağı müstəqil dövlət və ya Ermənistanın bir hissəsi kimi tanımayıb[/center]

Fransa senatı yanında “Fransa-Qafqaz” Dostluq Qrupunun vitse-prezidenti, Senatın - Fransa Parlamentinin Ali Palatasının xarici işlər üzrə komitə sədrinin müavini Natali Qule

Xanım Qule sualı verərkən bunları deyib:

“Qafqazda bir neçə dondurulmuş münaqişələr mövcuddur ki, onlardan biri Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ məsələsidir. Bu ilin may ayında Dağlıq Qarabağın qondarma “prezidenti” Fransaya “rəsmi səfər” edib. “Səfər” çərçivəsində Drom departamenti və Fransanın bir neçə şəhəri ilə əməkdaşlıq haqqında xartiyalar imzalanıb. Qeyd etmək lazımdır ki, bu qondarma “respublika” heç bir ölkə, hətta Ermənistan tərəfindən tanınmır. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin dinc yolla tənzimlənməsində mühüm diplomatik rol oynayır. Xartiyaların imzalanması təkcə Fransanın rəsmi mövqeyi ilə deyil, beynəlxalq hüququn prinsipləri və normaları ilə bir araya sığmır. Bu, əslində işğal faktına dəstək verir. Beynəlxalq hüququn tanımadığı bir ərazi ilə hər hansı sənədin imzalanması yolverilməzdir”.

Fransa Qarabağı müstəqil dövlət və ya Ermənistanın bir hissəsi kimi tanımayıb

Fransanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi yanında dövlət katibi Tyeri Mandon

Fransanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi yanında dövlət katibi Tyeri Mandon xarici işlər naziri Loran Fabiusun adından bunları deyib:

“Xanım Qule, siz məsələnin siyasi və hüquqi baxımdan çox mürəkkəb olduğunu söyləməkdə tamamilə haqlısınız. Qeyd etdiyiniz kimi, Fransanın bir neçə yerli özünü idarəetmə icması qondarma “Dağlıq Qarabağ Respublikası” ilə əməkdaşlıq xartiyaları imzalayıb. Bu sənədlər Bako Saakyanın mayın 18-20-də Fransaya səfəri zamanı imzalanıb. Siz həmçinin qeyd etmisiniz ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişənin həll olunmasında vasitəçidir. Fransa Qarabağı müstəqil dövlət və ya Ermənistanın bir hissəsi kimi heç vaxt tanımayıb. Müvafiq olaraq, Fransa bu “qurum” ilə ikitərəfli əlaqə qurmayıb. Fransa hökuməti təəssüf edir ki, bir neçə icma bu təşəbbüsü göstərib. Bu sənədlərin imzalanması Yerli İcmaların Ümumi Məcəlləsinin L. 1115-1-ci maddəsinə əsasən qeyri-qanunidir. Aydındır ki, bu addım qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımayan Fransanın beynəlxalq öhdəliklərinə də ziddir. Xanım senator, siz tamamilə haqlısınız ki, bu vəziyyət tanınmamış digər ərazilərlə bağlı da baş verə bilər. Sizi əmin edirəm ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi bu münaqişənin tənzimlənməsi üçün bütün qüvvəsini sərf edir. Mən təsdiq etmək istəyirəm ki, bizim Ermənistanla münasibətimiz Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində ənənəvi bitərəf mövqeyinə təsir göstərmir və bundan sonra da təsir etməyəcək”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *