YAP-ın iclasına görə tələbələrə töhmət verildi » AzNews.info -Xəbər portalı

YAP-ın iclasına görə tələbələrə töhmət verildi – AÇIQLAMA

YAP-ın iclasına görə tələbələrə töhmət verildi


Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının iclasında iştirak etmədiyi üçün töhmət verilməsi məsələsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, universitet dekanın partiya iclasında iştirak etməyən tələbələrə töhmət verməsi birmənalı qəbul edilmir. Belə ki, filologiya və jurnalistika fakültəsinin III kurs tələbələri YAP-ın may ayının 26-da keçirilən iclasına göndərildiyi halda orada iştirak etməyiblər. Buna görə də sözügedən fakültənin dekanı Sevda Vahabova tərəfindən 14 nəfər tələbəyə töhmət verilib.

“Qafqazinfo” məsələ ilə əlaqədar Dillər Universitetinin Mətbuat Xidmətinin rəhbəri Şəfaqət Kazımova ilə əlaqə saxlayıb. O bildirib ki, məsələdən nə universitet rəhbərliyinin, nə də İdarə Heyətinin məlumatı var: “Bu gün məsələ ilə bağlı iclas çağırılıb. İclasda fakültə dekanı ilə bağlı müvafiq ölçü götürüləcək”.

YAP-ın iclasına görə tələbələrə töhmət verildi

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *