Əli Əhmədovdan “karusel əməliyyatı” xəbərlərinə reaksiya
Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası bu gün keçirilən parlament seçkilərinin yekunları ilə əlaqədar mətbuat konfransı keçirir.
“Qafqazinfo”nun konfransda iştirak edən əməkdaşı bildirib ki, YAP icra katibinin müavini Əli Əhmədov sosial şəbəkələrdə seçkilərlə bağlı paylaşılan “karusel əməliyyatı” ilə bağlı videolara da münasibət bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan pozuntularla bağlı ölçü götürüləcək:
“Əlbəttə ki, bunlar ciddi şəkildə araşdırılacaq. Mənim əldə etdiyim məlumata görə, belə hallar say etibarilə azdır. Bunlar səsvermənin nəticələrinə kölgə salmağa əsas vermir”.
Mənbə:> Qafqazinfo.az