Ərdoğan: Rusiya PKK-ya silah satır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı terrorçu Kürd Fəhlə Partiyasını (PKK) silahlandırmaqda ittiham edib.
Oxu.Az-ın məlumatına görə, Ərdoğan bu barədə Türkiyənin “Star” qəzetinə müsahibəsində deyib.
“Hazırda PKK terrrorçuları Rusiyanın verdiyi zenit qurğuları və raketlərdən istifadə edirlər. Bu silah terror təşkilatına Suriya və İraq vasitəsilə çatdırılır”.
Mənbə: Oxu.Az