ABŞ-ın YENI SİLAHI qarşısında nə Rusiya, nə də Çin dayana biləcək – VİDEO+FOTO
Baltikyanı ölkələri Rusiyanın təhdidindən qorumaq üçün ABŞ yeni elektromaqnit silahından istifadə edə bilər. "The Wall Street Journal" (WSJ) nəşrinin verdiyi məlumata görə, güclü elektromaqnit relsli silah ER (Electromagnetic Railgun) enerjidən istifadə edərək cərəyan keçirici mərmini iki metal istiqamətləndirici arasında sürətlə hərəkət etməsini təmin edir.
"Hərbçilər hesab edirlər ki, relsotron ABŞ-ın Baltikyani ölkələri Rusiya aqressiyasından müdafiə edəcəyi və Cənubi-Çin dənizində Çinə qarşı müttəfiqlərinə dəstək verəcəyi təqdirdə faydalı ola bilər" - WSJ yazır.
"Rusiyanın ağır çəkili döyüş sursatlarını hazırlaması və uzaq məsafələrə ata bilməsi faktını istisna etmək olmaz. Biz bu cür atışlara qarşılıq verməyi öyrənməliyik. Relsotron isə bizim üçün potensial vasitə ola bilər" - yazaraq qəzet ABŞ müdafiə nazirinin birinci müavini Robert Uorkun sözlərini gətirir.
WSJ-nin xatırlatmasına görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri ER proqramının reallaşmasına 10 il əvvəl başlayıblar və bu məqsədə yarım milyard dollar xərcləyiblər. Hazırda isə relsli silahı müdafiə tipli silaha çevirmək və onun mərmilərini ABŞ hərbi qəmilərinin artilleriyasına uyğunlaşdırmaq üçün 800 milyon dolların ayrılması planlaşdırılır.
Silahın ilk nümayiş üçün nəzərdə tutulan vahidi BAE Systems tərəfindən təqdim edilib. Onun gücü 32 MC təşkil edir. Bu nümunə Dalqrenə (Virciniya ştatı) 2012-ci ilin yanvarında gətirilib. Bir neçə ay sonra bura rəqib General Atomics şirkətinin daha peşəkar nümunəsi gətirilib.
Relsotronun dənizdə ilk sınaqlarını çoxməqsədli tezyürüyən desant JHSV-3 (Joint High Speed Vessel) Millinocket katamaran-qəmidə keçirilməsi planlaşdırılıb. Sınaqlar bu il keçiriləcək.
Mənbə:> ANSPRESS