Yeni plan: NATO yeni “Baltika hesabatı” hazırladı
Baltikyanı ölkələrin hər birində Rusiyaya qarşı mübarizə üçün briqada yerləşdirilməlidir.
Axar.az xəbər verir ki, bu sözlər Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinin hesabatında yer alıb. Hesabata əsasən bu ölkələrin bir-birindən asılılığı azalmalıdır:
“Onlar istənilən vaxt Suvalski dəhlizi vasitəsilə bir-birindən ayrıla bilərlər. Rusiya bunlardan əlavə elektron mübarizə yolundan da yararlana bilər. Bunun üçün onlar informasiya və kiber hücumlar həyata keçirəcək, kosmik vasitələrdən istifadə edəcəklər. Rusiya həmçinin ABŞ və Avropanın İslandiya, Qrenlandiya və Böyük Britaniya vasitəsilə ixracına mane ola bilər. NATO-nun son illər bu istiqamətdə hərbi gücü azalıb. NATO həmçinin Baltik dənizində də öz gəmilərinin sayını artırmalıdır”.
Mənbə:> Axar.az