“LUKoyl” şirkətinin vitse-prezidentinin oğlu 15 sutkalıq həbs edildi
Moskvanın Qaqarin rayon məhkəməsi “LUKoyl” neft şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarova avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 15 sutka həbs cəzası verib.
Oxu.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmə Şamsuarovu polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilərək, onun barəsində 15 sutka inzibati həbs qərarı qəbul edib.
Ruslan Şamsuarov barəsində başlanan cinayət işi prokuror tərəfindən rədd edilib.
Qeyd edək ki, mayın 23-də Ruslan Şamsuarovun sahibi olduğu “Mercedes G 63 AMG” markalı avtomobil yol hərəkəti qaydalarını ciddi pozaraq bir neçə saat ərzində yol polisindən qaçmağa çalışıb. Qabaq sərnişin oturacağında əyləşən Ruslan Şamsuarovu özü isə baş verənləri mobil telefonundakı əlavə vasitəsilə canlı yayımlayıb.
Mənbə:> Oxu.Az