Poroşenko İlham Əliyev ilə danışıqlarda
Ukrayna prezidenti Petr Poroşenko Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna rəhbərinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ukrayna prezidenti Petr Poroşenkonun Bakıya səfərinə hazırlıq məsələsi müzakirə edilib.
Dövlət rəhbərləri yaxın günlərdə iqtisadi-ticarət əməkdaşlığı üzrə birgə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının keçirilməsinə dair razılığa gəliblər.
Mənbə:> Oxu.Az