“İslamçıların əsas hədəfi Fransadır”
Radikal İslam Fransa üçün ciddi təhlükədir.
Axar.az xəbər verir ki, bunu Fransa baş naziri Manuel Vals İsrailə səfəri zamanı deyib.
“Fransa islamçıların əsas hədəfi olaraq qalır. Buna görə də, təhlükə çox yüksəkdir”, - Vals bildirib.
Baş nazir bildirib ki, radikal İslama qoşulan Fransa vətəndaşlarının sayı 2000-dən artıqdır:
“Hazırda 400-500 yeniyetmə fransız Suriya və İraqda islamçıların düşərgələrində təlim keçir. Ola bilsin ki, onlar sabah Fransaya hücuma hazırlaşır”.
Mənbə:> Axar.az