Kanada baş naziri Ukraynaya gedir
Kanadanın Baş naziri Castin Trudo bu yay Ukraynaya səfər edəcək.
Axar.az “Ukrinform”a istinadən xəbər verir ki, görüş ilkin razılaşmaya görə, iyulun əvvəlində baş tutacaq.
Səfərin detalları isə hələlik bəlli deyil. Lakin Ukrayna tərəfi Kanada ilə sərbəst ticarət zonasının yaradılması barədə saziş imzalamaq niyyətindədir.
Qeyd edək ki, Kanada Ukraynaya ən çox hərbi yardım edən ölkələrdən biridir.
Mənbə:> Axar.az