Putinin yeni düşməni
Kanada yaxın aylarda Ukraynaya hərbi kontingent göndərəcək. ANS PRESS-in məlumatına görə, bu barədə CTV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, söhbət məşq missiyasından gedir. Kanada hərbçiləri, böyük ehtimalla, artıq regionda olan ABŞ-lı müttəfiqləri ilə birlikdə işləyəcəklər.
Konkret detallar hökumət səviyyəsində işlənmə mərhələsindədir. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi qeyd edir ki, bu addım Kanadada “Putinə güclü düşmən əhvalı”nın olduğunu göstərir.
Kanada Rusiyanın Ukraynaya münasibətini sərt tənqid edib. O, Krımın Rusiyaya birləşdirilməsini “Ukrayna ərazisinin qanunsuz işğalı” kimi dəyərləndirir. Ottava həmçinin Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Mənbə:> ANSPRESS