“Taliban” lideri məhv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

“Taliban” lideri məhv edildi

“Taliban” lideri məhv edildi


“Taliban” qruplaşmasının lideri Əxtar Mənsur ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində məhv edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters Vaşinqtondakı mənbələrinə istinadən xəbər verir.

Aviazərbələr mayın 21-də yerli vaxtla saat 15:00 radələrində Pakistanın Əfqanıstanla sərhəddə yerləşən cənub-qərbindəki Əhməd-Val şəhərinə endirilib.

Məlumata görə, bombardımanda Amerikanın bir neçə pilotsuz təyyarəsi iştirak edib. Onların hədəfi terrorçuların avtomobili olub.

Qeyd olunur ki, “Taliban” terror təşkilatının komandiri molla Əbdül Rauf qruplaşma lideri molla Əxtar Mənsurun məhv edildiyini təsdiqləyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *