Bayden Azərbaycan və Ermənistan liderlərinə çağırış edib
ABŞ-ın vitse-prezidenti Co Bayden mayın 20-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla telefon danışıaqları aparıb və tərəfləri atəşin dayandırılmasının rejiminə riayət etməyə çağırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
“Vitse-prezident mayın 16-da Vyanada Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə müzakirələr zamanı əldə edilmiş razılaşmaları alqışlayıb”, - məlumatda deyilir.
Co Bayden tərəfləri bundan sonra da atəşkəs rejiminə riayət etməyə çağırıb və münaqişəni nizamlanmsı üzrə danışıqların yenilənməsi üzrə müzakirələrin iyuna planlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Mənbə:> Oxu.Az