AB sanksiyalara görə Ukraynadan nə tələb edəcək?
Avropa Birliyi Rusiyaya sanksiyaları uzatmağa hazır olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, İnforesist bunun qarşılığında AB-nin Ukraynadan nə istəyəcəyi ilə bağlı politoloqların fikrini öyrənib.
Politoloq Andrey Buzarovun fikrincə, AB-nin Ukraynadan istəyəcəyi şey Minsk sazişinin öhdəliklərinin yerinə yetirilməsi olmayacaq:
“Avropa Birliyinin Ukraynadan tələbi yeni islahatlara getmək, korrupsiya ilə mübarizə və sair ola bilər”.
Ekspertin sözlərinə görə, Minsk sazişinin öhdəliklərinin yerinə yetirilməsi artıq bir mifə çevrilib:
“Rusiya Ukraynadan Minsk öhdəliklərinin yerinə yetirməsini tələb edəcək, ABŞ da təkid edəcək, amma yenə də bu, yalnız danışıqlar səviyyəsində qalacaq”.
Siyasi analitik Aleksandr Paliyin fikrincə, AB-nin əsas şərtlərindən biri Minsk sazişi olacaq:
“Əlbəttə ki, Ukraynadan Minsk sazişinin tələblərini yerinə yetirilməsini tələb edə bilərlər. Təbii ki, Rusiya bunu yerinə yetirməyəcək, amma bu məqamda daha vacib şərt – seçki öncəsi konstitusiya dəyişikliyi durur”.
Mənbə:> Axar.az