Mübariz Qurbanlı İrana gedəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Mübariz Qurbanlı İrana gedəcək

Mübariz Qurbanlı İrana gedəcək


Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın dəvəti ilə bu ölkəyə səfər edəcək.

Oxu.Az-a daxil olan məlumata görə, nümayəndə heyəti Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında keçiriləcək “Azərbaycan-İslam mədəniyyətinin incisi” adlı fotosərginin açılış mərasiminə qatılacaq.

Mayın 26-dək davam edəcək səfər çərçivəsində iki ölkə arasında dini sahədə mövcud əlaqələr və gələcək əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda, Mübariz Qurbanlının İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Təbrizdəki nümayəndəsi Ayətullah Müctehid Şəbüstəri, Şərqi Azərbaycan ostanının ostandarı Esmail Cabbarzadə, digər dövlət rəsmiləri və din xadimləri, həmçinin Təbriz Universitetinin tələbələri ilə görüşləri nəzərdə tutulub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *