Dini Komitə sədrindən Nardaran hadisələri ilə bağlı açıqlama
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardaranda baş verən hadisələrlə bağlı açıqlama verib.
Dövlət Komitəsinin rəhbəri “Qafqazinfo”ya bildirib ki, təmsil etdiyi qurumun mövqeyi DİN-in və Baş Prokurorluğun açıqladığı mövqe ilə eynidir: “Hesab edirik ki, din pərdəsi altında cinayətkarlığa yol verənlər cəzalandırılmalıdır. Din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin qarşısı qətiyyətlə alınmalıdır. O şəxslər, “İslam Birliyi” deyilən qurum yaradıblar. Bu qurumun dinə heç bir aidiyyatı yoxdur. Bunlar kriminallaşmış, ekstremist cinayətkarlardır”.
Mənbə:> Qafqazinfo.az