“Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Foto

“Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram” – FOTO

“Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram”


Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gildən maraqlı açıqlamalar... "Hələ də çoxlu işləyə və yaxşı istirahət edə bilirəm”

Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006) 73 yaşlı Steynar Gil haqqında ictimai-siyasi fəallar, jurnalist camiəsi hər zaman gözəl sözlər danışır. Xüsusən də ölkəmizdə səfir olduğu illərdə demokratiyanın inkişafına verdiyi töhfələr onu unudulmaz səfir kimi xatırlamağa əsas səbəbdir. "Yeni Müsavat”dakı müsahibələrdə isə cənab Gili belə təqdim edirlər - əfsanə səfir.

“Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram”


Sosial şəbəkə istifadəçiləri üçünsə sabiq səfir əlçatmaz deyil. Demək olar ki, hər gün fotolar paylaşır, səfərləri, təəssüratları, balıq ovu, nəvələri ilə gəzintiləri barədə bir-birindən fərqli statuslar yazır. Və ən maraqlısı bu statusların, fotoların əsas bəyənənləri azərbaycanlılar, daha doğrusu, ölkəmizin ictimai-siyasi fallarıdır. Demək, keçmiş səfir Azərbaycanın fəalları üçün hələ də özəldir, fərqlidir və pərəstiş duyulan şəxsdir.
Cənab Gil hazırda təqaüdçüdür. 2011-ci il yanvarın 31-də diplomatik fəaliyyətinə son qoyaraq, Vilnüsdə Norveç səfiri vəzifəsindən təqaüdə çıxıb. Musavat.com-un əməkdaşı da onunla həyatından, planlarından, səfər təəssüratlarından danışıb.

-Cənab Gil, xoş gördük sizi. Necə gedir həyat? Günlərinizi necə keçirirsiz?

- Mən də sizi xoş gördüm. Düzünü deyim ki, həyatımdan şikayətlənə bilmərəm Səyahət edirəm, balıq tuturam, idmanla məşğul oluram, kitab oxuyuram, kitab tərcümə edirəm, teatra, konsertlərə gedirəm. Çox yaxın dostlarımla ünsiyyətdə oluram.

-Sosial şəbəkədəki paylaşımlarınızdan belə nəticəyə gəlmək olar ki, daima səyahət edirsiz...

-Bu yaxınlarda ABŞ-da iki həftə keçirdim, orada da facebookdan tanıdığım azərbaycanlılarla görüşdüm. Keçən il Helsinkidə, Berlində və Dablində oldum. Mənə bu şəhərlər çox xoşdur. Bundan başqa, Norveç daxilində də çox səyahət edirəm.

“Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram”


-Bakıya səfər etməyi planlaşdırmırsız?

-Hələlik elə planlarım yoxdur. İki il öncə Gürcüstanda idim.

-Deyirlər, gənclik daha çox qazanmaq, işləmək, qocalıq isə gənclikdə qazandıqlarını səyahətə, əyləncəyə sərf etmək üçündür. Siz də bu fəlsəfəni müdafiə edənlərdənsiz? Sizə daha çox indiki sakit, qayğısız həyatınız maraqlıdır, yoxsa qaynar hadisələrin fonunda keçən səfirlik dönəminiz?

- Həyatın hər mərhələsinin üstünlükləri var və hər biri öz-özlüyündə maraqlıdır. Mən də yaxşı sağlamlığa görə minnətdaram. Hələ də çoxlu işləyə və yaxşı istirahət edə bilirəm.

“Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram”


-Bu cür maraqlı həyat tərzinizin olmasında Norveç kimi ölkədə təqaüdçü olmanızın rolu böyükdür, yəqin...

-Böyük mənada baxanda Norveçdə təqaüdçülər yaxşı yaşayırlar.

-Facebookdakı dostlarınızın böyük əksəriyyətini azərbaycanlılar təşkil edir. Onlar sizi təqib edir, nə etdiyinizi, hansı fotoları paylaşdığınızı izləyirlər, bəyənirlər, şərh yazırlar. Unudulmamaq çox yaxşı hissdir yəqin ki...

-Bu qədər azərbaycanlı dostlarımın olmasına görə çox şadam. Əsasən onlarla məktublaşıram. Amma bəzən şəxsi görüşlər də olur.

-Azərbaycandakı prosesləri izləyirsiz, çox güman ki. Demokratiya sahəsindəki vəziyyəti necə qiymətləndirirsiz ?

-Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram. Xüsusən də İlqar Məmmədov və Xədicə İsmayılın həbsdən azad edilməməsi, gənc fəallar Bayram Məmmədovla Qiyas İbrahimovun həbs ediməsinə görə. Gənclərə qarşı işgəncələrin tətbiq ediməsinə görə olduqca narazıyam. Təəssüflər olsun ki, Azərbaycan polisi ilə bağlı məsələdə yeni, dəyişən heç nə yoxdur. Mən də zamanında döyülmə izləri görmüşdüm.

“Azərbaycandakı situasiya ilə bağlı məyusluq yaşayıram”


-Azərbaycan mediasını mütəmadi izləyirsizmi?

-Müxtəlif qəzet və internet saytlarından müxtəlif məqalələri izləyirəm. "”Azərbaycan saatı” radiosunun rus dilində olan verilişlərini izləyirəm. Əsasən rus və ingilis dilində məqalələr oxuyuram. Amma hərdən google tərcümə proqramının köməyi ilə Azərbaycan dilindəki məqalələri də oxumağa çalışıram. Əlbəttə ki, bu cür tərcümə ilə oxumaq o qədər də qənaətbəxş deyil.

-Norveç hər zaman intihar göstəriciləri yüksək ölkə kimi xatırlanıb. Və belə bir nəzəriyyə var ki, nə qədər az problem varsa, insanın həyata marağı da bir o qədər azalır. Bu, ölkənizdə intihar faizinin yüksək olmasının nəticəsi sayıla bilərmi?

-Mən bilmirəm, sizdə iniharlarla bağlı statistikanın mənbəyi hardandır. Amma "Eurostat”ın 2012-ci ildəki statistikasına əsasən, 33 Avropa ölkəsindən ancaq 8-i intihar göstəricilərinə görə Norveçdən aşağı pillədə dayanırdı.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *