Putin yalan deyib - ABŞ
Rusiyanın Suriyadakı hərbi qüvvələrinin kəmiyyəti heç dəyişməyib.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın başçılığı altında olan Suriya koalisiyasının sözçüsü Stiv Varren deyib.
“Putin yalan deyib. Rusiyanın hərbi qüvvələri Suriyanı tərk etməyib. Hələ də hava qüvvələri, quru qoşunları və topçu diviziyası buradadır”, - Varren bildirib.
Varren rusların Palmirada yeni hərbi baza yaratdığını da vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mart ayında hərbi qüvvələrin Suriyadan geri çəkilməsi ilə bağlı qərar vermişdi.
Mənbə:> Axar.az