Sərkisyan Vyanaya getmək istəmir, topları işə salır? » AzNews.info -Xəbər portalı

Sərkisyan Vyanaya getmək istəmir, topları işə salır?

Sərkisyan Vyanaya getmək istəmir, topları işə salır?


Qoşunların təmas xəttində təxminən 10 gündür ki, susan ağır artilleriya bu gün yenidən işə düşüb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə bu gün axşam saatlarından etibarən Ermənistan ordusu Tərtər rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan və 120 millimetrlik minomyotlardan atəşə tutmağa başlayıb. Azərbaycan ordusu cavab zərbələri endirib, təmas xəttində vəziyyət gərgin olaraq qalır. Bundan bir gün əvvəl isə Ermənistan qüvvələrinin açdığı atəşlə Azərbaycan ordusunun bir əsgəri həlak olmuşdu.

Sonuncu dəfə aprelin üçüncü ongünlüyündə Ermənistan hərbi qüvvələri Tərtər, Ağdam və Bərdə rayonlarının təmas xətti boyu yerləşən kəndlərini kütləvi artilleriya zərbələrinə məruz qoymuşdu. Həmin vaxt qarşılıqlı zərbələr bir neçə gün davam etdi, ancaq Azərbaycan ordusu cavab olaraq düşmənin hərbi mövqelərini hədəfə aldı.

Bəs indi Ermənistan ordusunun yenidən fəallaşmasının motivləri nədir? Axı gələn həftə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi ilə Vyanada prezidentlərin görüşünün olacağı açıqlanıb?

Deyəsən Ermənistan ordusunun indiki təxribatlarını da məhz elan edilmiş Vyana görüşü kontekstində nəzərdən keçirmək lazım gəlir. Çünki bu , Qarabağa dair son illərdə təşkil ediləcək ən mötəbər görüş olacaq. Çünki danışıqlara həmsədr ölkələrin xarici işlər nazirləri qatılacaqlar. ABŞ Dövlət Departamenti dövlət katibi Con Cerrinin mayın 16-da və 17-də Vyanada Qarabağa dair danışıqlarda iştirak edəcəyini təsdiqləyib. Bundan əvvəl isə Rusiya XİN nazir Sergey Lavrovun Vyana danışıqlarına qatılacağını açıqlamışdı. Fransa XİN rəhbəri də bu görüşdə olacaq.

Lakin “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə rəsmi İrəvan bu görüşdə iştirakını təsdiqləməkdən hələ yayınır. Serj Sərkisyanın mətbuat katibi Vladimir Akopyan Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada görüşəcəklərinə dair dəqiq cavab verməkdən imtina edib. Akopyan ancaq bunları deyib: “Prezidentin səfərləri və görüşləri haqda lazım olan qaydada, lazım olan vaxtda məlumat verilir”.

Məlum olduğu kimi Ermənistan prezidenti bir neçə həftə əvvəl danışıqların bərpası üçün üç şərt irəli sürmüşdü: Azərbaycanın yeni həmləyə əl atmayacağına dair qarantiya, atəşkəsin pozulmasının araşdırılması mexanizminin qəbul edilməsi, aprelin əvvəllərində baş verənlərə görə Azərbaycanın rəsmən qınanılması.

Erməni politoloq Gevorq Melikyan deyir ki, Sərkisyanın bu şərtlərinin heç biri yerinə yetirilməyib. Ona görə də danışıqlara getməyin mənası yoxdur.

Ancaq Ermənistan prezidenti hər üç həmsədr ölkənin birgə səyləri və güclü təzyiqləri sayəsində razılaşdırılan Vyana görüşünə qatılmaqdan açıq imtina etməz. Bunun üçün Sərkisyana tutarlı bəhanə lazımdır. Sərkisyan həmin bəhanəni təmas xəttində vəziyyəti yenidən gərginləşdirməklə qazanmaq istəmir ki?

Mənbə: Virtualaz.org - F.Məmmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *