Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi

Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair xəbərinə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan bütün PUA-lar yerindədir.

“Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib”, -deyə məlumatda bildirilir..

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *