Müdafiə Nazirliyi: Düşmən qorxu və səksəkə içindədir
Müdafiə Nazirliyi Ermənistan mətbuatında yayılan Xankəndi şəhəri üzərində Azərbaycana məxsus PUA-nın vurulması məsələsinə dair məsələyə aydınlıq gətirdi.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir.
Bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.
Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, “vurduqları” PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.
Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər.
Mənbə:> Oxu.az