Azərbaycan və Almaniya XİN rəhbərləri Qarabağı müzakirə etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Azərbaycan və Almaniya XİN rəhbərləri Qarabağı müzakirə etdilər

Azərbaycan və Almaniya XİN rəhbərləri Qarabağı müzakirə etdilər


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştanmayer arasında təkbətək görüş keçirilib.

XİN-in mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə , Görüşdən öncə hər iki nazir jurnalistlər üçün birgə bəyanatla çıxış ediblər.

Görüş zamanı Azərbaycan-Almaniya münasibətləri, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Ermənistan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə almaniyalı həmkarına ətraflı məlumat verib.

Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Nazir münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllinə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib. Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *