Ermənilərin Stokholmdakı at gedişi » AzNews.info -Xəbər portalı

Ermənilərin Stokholmdakı at gedişi – VİDEO

Ermənilərin Stokholmdakı at gedişi

çəkilişində
Stokholmda baş tutan 61-ci Avroviziya mahnı müsabiqəsinin ilk yarımfinalında yaşanan hadisələr Azərbaycan tamaşaçılarını sevindirdiyi kimi, həm də qəzəbləndirdi. Səmra Rəhimlinin uğurlu çıxışına, finala vəsiqə qazanmasına sevinsək də, yarışın gözləmə zalında – “Green room”da erməni nümayəndə heyətinin təxribatçı hərəkətlərini görüb haqlı olaraq qəzəbləndik. Düzdür, Ermənistanın bu addımı təəccübləndirici deyil. Bu ölkə Avroviziya yarışında iştirak etməyə başladığı vaxtdan hər il hansısa təxribatçı, yarışın qaydalarına zidd fəndlərlə öz uydurmaları ilə Avropaya səs salmaq istəyir.

"Belə cığallıqlarla xal qazanmağa cəhd erməni xalqının milli xüsusiyyətlərindəndir".
Plagiat musiqilər, Azərbaycan, türk mədəniyyət rəmzlərinin səhnədə canlandırılması sanki erməni nümayəndə heyətinin Avroviziyadakı pasportuna çevrilib. Bu dəfə ermənilər bir az da irəli getdilər. Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) bayrağı proqram boyu erməni ifaçı İveta Mukuçyanın əlində dalğalanıb və bu kadr dəfələrlə birbaşa yayımda Avropaya nümayiş etdirilib. Belə demək olarsa, onlar öz arzularına çatıblar - işğalçılıq, separatçılıq niyyətlərini Avropaya göstərə biliblər. Amma Azərbaycan tərəfi bu dəfə də sayıq davranıb. Elə finala vəsiqə qazanmış ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi mətbuat konfransında Azərbaycan nümayəndə heyəti baş verənlərə ilkin etirazını bildirib. Daha sonra isə İctimai Televiziya Avropa Yayımları Birliyinə rəsmi nota göndərib.

Ermənilərin Stokholmdakı at gedişi


Bu məsələ Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də araşdırılır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə deyib ki, bu kimi təxribatçı əməllərin törədilməsi Avroviziya mahnı müsabiqəsinin təməl prinsipləri, onun ideyaları ilə tamamilə ziddiyyət təşkil edir.

"Bu məsələ Avroviziya mahnı müsabiqəsinin milli təşkilat komitəsi ilə əlaqələndirilmiş şəkildə araşdırılır və bu barədə Avroviziya təşkilatına bildiriləcək. Ermənistan tərəfindən təxribatçı addımlara əl atılması və Avroviziya mahnı müsabiqəsinin siyasi təbliğat arenasına çevrilməsi qəbuledilməzdir və qınalılmalıdr".

Ümumiyyətlə, ermənilər hər fürsətdə olduğu kimi Avroviziya çıxışlarında da öz “mədəniyyətlərini” nümayiş etdirməyə çalışırlar. Bunu adicə erməni ifaçının promo-çarxında da izləmək olardı. İlk kadrlarda İveta Qarabağ atı çapır, sonra isə guya Ermənistanın milli mətbəx nümunəsi olan lavaş bişirən erməni qızına çevrilir. Bizim promo-çarxımızda isə Səmra müasir görünüşü ilə təqdim edilirdi. Görəsən, hansı doğrudur? Onsuz da müasir yaşama adət etmiş Avropaya yenidən bunu göstərmək, ya milli xüsusiyyətləri nümayiş etdirmək? Düzdür, biz bu müsabiqəni elə yarış rəhbərliyinin hər zaman iştirakçılardan dönə-dönə xahiş etdiyi kimi, siyasiləşdirmək istəmirik, maksimum çalışırıq ki, mübarizə səhnədən kənara çıxmasın. Amma qarşı tərəf bunu anlamır və ya anlamaq istəmir və öz qaydaları ilə oynayır. Rus demişkən, müharibədə hər vasitələrdən istifadə etmək olar, bədxah qonşularımız da bunu artıq anlayıblar.

Avroviziya rəhbərliyinin isə siyasətdən uzaq olmaq çağırışı da nəsə zəif səslənir. Əgər separatçıların bayraqlarının müsabiqənin keçirildiyi zala gətirilməsi qadağan idisə, qondarma DQR-in bayrağı ora necə keçirilib? Ya da nümayəndə heyətinin əllərində bu bayraqları görən təşkilatçılar həmin insanlara niyə xəbərdarlıq etməyib? İndi toydan sonra səslənən nağara kimi hamı bu qurumun Ermənistana qarşı hansı tədbirləri görəcəyini gözləyir. Tədbirlərin görüləcəyinə isə şübhələr var...


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *