Eurovisionda erməni təxribatı » AzNews.info -Xəbər portalı

Eurovisionda erməni təxribatı – FOTO

Eurovisionda erməni təxribatı


Mənfur qonşularımız bu dəfə də təxribatlarından qalmayıblar.

AzNews.info xəbər verir ki, bu gecə Eurovision 2016 mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutub. Öz təxribatçı əməllərindən əl çəkməyən ermənilər bu müsabiqədə də, çirkin hərəkətləri ilə yadda qalıblar. Belə ki, erməni nümayəndə heyəti bütün qadağalara baxmayaraq separatçı rejimin qurduğu qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə kameralar qarşısında poz veriblər.

Qeyd edək ki, Eurovision təşkilatçıları bir müddət əvvəl öz rəsmi veb səhifələrində bölgələrin, əyalətlərin, mübahisəli ərazilərin bayraqlarının və dini-siyasi rəmzlərin nümayişinin qadağan edilməsi barədə məlumat yaymışdılar. Qaydalara əsasən, “qara siyahı”ya qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı, o cümlədən, “İslam Dövləti” (İŞİD) terror təşkilatının, İspaniyadakı baskların muxtar cəmiyyətinin, Fələstinin, Kosovonun, Krımın, Şimali Kipr Türk Cümhuriyyətinin, qondarma Donetsk Xalq Respublikası və Dnestryanı rejimin bayraqları da daxil edilib.

Eurovisionda erməni təxribatı


Eurovision-un rəsmi veb saytında bayraq haqqında qaydalar:

Eurovisionda erməni təxribatı
Eurovisionda erməni təxribatı

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *