Pentaqonda Qələbə gününü unutdular
ABŞ Müdafiə Nazirliyində (Pentaqonda) faşizm üzərində qələbənin 71-ci ildönümü unudulub.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, brifinq zamanı Pentaqonun mətbuat katibi Piter Kuk deyib: "Bu hadisə tamam yadımdan çıxıb".
Brifinqin gedişində jurnalistlər Kukun yadına salıblar ki, bu gün əlamətdar gündür. Mətbuat katibi minnətdarlığını bildirərək qeyd edib ki, 9 may tarixdə vacib günlərdən biridir.
Qələbə gününü xatırlasa da, Pentaqon nümayəndəsi heç kimi bu münasibətlə təbrik etməyib.
Mənbə:> Virtualaz.org