Londonun yeni meri Qurana and içib – VİDEO
Londonun yeni meri Sadiq Xan sədaqət andı içib.
Oxu.Az xəbər verir ki, Britaniya tarixində ilk dəfə olaraq mer müsəlman olduğu üçün andiçmə mərasimində əlini İncilə deyil, Qurana basıb.
Sadiq Xan şəhər əhalisinə yaxşı başçı olacağını vəd edib. O bundan sonra da şəhərin çiçəklənməsi üçün əlindən gələni edəcəyini və ekstremizmə qarşı qəti mübarizə aparacağını bildirib.
Xatırladaq ki, leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan seçkilərdə seçicilərin 44%-nin səsini qazanıb. Onun əsas rəqibi Zak Qoldsmit isə 35% səs toplamışdı.
Mənbə:> Oxu.Az