Müsəlman ilk dəfə London meri seçilə bilər
Sorğu 1574 respondent arasında keçirilib.
“YouGov” təşkilatının keçirdiyi sosial sorğunun nəticələrinə əsasən müsəlman ilk dəfə London meri seçilə bilər.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, əslən pakistanlı olan Sadiq Xan London meri postu uğrunda seçkilərin birinci mərhələsində səslərin 43 faizini, onun əsas rəqibi – Zak Qoldsmit isə 32 faizini toplaya bilər.
Yekun nəticədə Xanın 57 faiz, Qoldsmitin isə 43 faiz səs toplayacağı proqnozlaşdırılır.
Sorğu 2-4 may tarixlərində 1574 respondent arasında keçirilib.
Mənbə:> Oxu.Az