London tarixində ilk: Müsəlman mer oldu
Leyboristlər Partiyasının üzvü Sadiq Xan İngiltərənin London şəhərinin meri seçilib.
Axar.az xəbər verir ki, Xan bu postda ilk müsəlman mer kimi tarixə düşüb. Əslən pakistanlı olan 46 yaşlı Xan fəhlə ailəsində dünyaya gəlib. Onun atası avtobus sürücüsü olub. Xan 8 uşaqlı ailənin 5-cisidir və o, ailəsi ilə birgə Londondan kənarda yerləşən sosial mənzildə yaşayıb.
Xan ixtisasca hüquqşünasdır. 2008-ci ildən 2009-cu ilə qədər o, Yerli Muxtariyyətlər Məsələləri üzrə Dövlət naziri vəzifəsində çalışıb. 2009-2010-cu illərdə Nəqliyyət naziri olub. O, 2013 və 2015-ci illərdə Böyük Britaniyada müsəlmanlar arasında "İlin siyasətçisi" adına layiq görülüb.
Mənbə:> Axar.az