MDB diplomatları Qələbə günü Bakıya gələcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial, Tarix

MDB diplomatları Qələbə günü Bakıya gələcəklər

MDB diplomatları Qələbə günü Bakıya gələcəklər


Müstəqil Dövlətlər Birliyi ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Bakıda Qələbə gününə həsr edilmiş tədbirlərdə iştirak edəcəklər.

Oxu.Az bu barədə Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belarusun dipolmatik missiyasının rəhbəri Genadi Axramoviç hərbi attaşelər və səfirliyin digər əməkdaşları ilə bərabər iki dəfə SSRİ qəhrəmanı adı almış Həzi Aslanovun, eləcə də SSRİ qəhrəmanı Nəcəfqulu Rəfiyevin məzarı önünə gül dəstələri qoyacaq.

“Bundan başqa, MDB-yə üzv ölkələrin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin memorialı önünə əklil və akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyacaqlar. MDB ölkələrinin diplomatları, həmçinin Qələbə günü münasibəti ilə Bakıda Hərbi şərəf Memorialı önünə əklil qoyacaqlar”, - məlumatda deyilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *