Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanını ziyarət edib
İyunun 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Oxu.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əvvəlcə Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.
Mənbə:> Oxu.Az