Davudoğlu Azərbaycan bayrağını öpüb gözlərinin üstünə qoydu – FOTO
Əhməd Davudoğlu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
AzNews.info Report-a istinadən xəbər verir ki, Əhməd Davudoğlu Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Daha sonra o, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.
Türkiyənin baş naziri, həmçinin Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Baş nazir burada Azərbaycan əsgərinin əlində tutduğu dövlət bayrağını öpərək alnına qoyub.
Daha sonra Ə.Davudoğlu 1918-ci ildə Bakının daşnaklardan azad olunması uğrunda mübarizədə həlak olan türk əsgərlərinin abidəsinə baş çəkib və əklil qoyub.
Mənbə:> Report.az