Prezident bir sıra məhkəmə hakimlərinin yerini dəyişdirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Sosial

Prezident bir sıra məhkəmə hakimlərinin yerini dəyişdirdi – SİYAHI

Prezident bir sıra məhkəmə hakimlərinin yerini dəyişdirdi


Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama uyğun olaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilir:

- Etibar Zülfüqar oğlu Hümbətov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi təyin edilsin;

- Zamiq Akif oğlu Rəsulov Cəbrayıl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;

- Ələkbər Məmmədtağı oğlu Hüseynov Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilir:

- Rafiq Vəli oğlu Kazımov Balakən Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi təyin edilsin;

- Təranə Talış qızı Hüseynova Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Cəbrayıl Rayon Məhkəməsinin hakimi təyin edilsin.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *