Milli Məclis qərar qəbul etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Kriminal

Milli Məclis qərar qəbul etdi

Milli Məclis qərar qəbul etdi


Bu gün Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar qəbul edib.

AzNews.info-nun AzərTAc-a istinadən verdiyi xəbərə görə, qərara əsasən 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər- Cəfərov Namiq Şamil oğlu, Hacıyev Sənan Firudin oğlu, Hüseynov Abiddin Qabil oğlu Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edildilər.

Eləcə də verilən qərara əsasən 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən Azər Vahid oğlu Bayramov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edildi.

Qərar 2015-ci il oktyabrın 26-dan qüvvəyə minir.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *