Rusiyada Krım tatarlarının məclisi qadağan edildi
Krımın Ali məhkəməsi “Krım-tatar xalqının məclisi” İctimai Birliyini ekstremist qrup elan edərək onun Rusiyada fəaliyyətini qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məhkəmə zalından bildirib.
Qərardan bir ay müddətində şikayət etmək olar.
Məclisin qadağan edilməsinə dair iddia Krım prokurorluğuna Natalya Poklonskaya tərəfindən verilib.
O bəyan edib ki, təşkilat sırf Rusiya əleyhinə fəaliyyətə köklənib, onun rəhbərləri Refat Çubarov və Mustafa Cəmilev isə “böyük qərb kuklaoynadanların oyuncağıdır, Krım-tatar xalqını isə xırda pul kimi istifadə edirlər”.
Prokurorluğun məlumatına görə, məclisin liderləri türk “Boz qurd” və “Hizb ut-Tahrir əl-İslami” kimi terror təşkilatlarının muzdluları ilə əməkdaşlıq edirlər.
Mənbə:> Oxu.Az