Ərdoğan Krım tatarlarına söz verdi
Azvision.az xəbər verir ki, Ərdoğan bu barədə Krım tatar türklərinin sürgün edilməsinin 71-ci ildönümü ilə bağlı müraciətində deyib: “İndiyə qədər olduğu kimi, bundan sonra da Türkiyə Krım-tatar qardaşlarına dəstək olacaq.
1944-cü il 18 mayda baş verənlər tarixə qara ləkə kimi düşüb.Bu qeyri-insani sürgünü, həmin sürgün vaxtı yaşananları ağlı və vicdanı olan heç kəs unutmayacaq. Həmin sürgündə həyatını itirən krım-tatar qardaşlarıma rəhmət diləyirəm. Onların xatirəsini yad etmək Krım-tatar türkləri qarşısında insanlıq vəzifəmizdir”.
Mənbə:> AzVision.az