Kiyev Azərbaycan icmasının rəhbərini casusluqda ittiham etdi
“O, bütün ittihamları təkzib edib”.Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım azərbaycanlıları icmasının rəhbəri Rahim Hümbətovu, krım-tatar xalqının lideri Mustafa Cemilev ilə birgə Türkiyənin maraqlarını qorumaq üçün Ukraynanın daxili maraqlarına zidd olmaqla fəaliyyətdə ittiham edir.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, UTX-nın müvafiq sənədləri internetdə yayılıb.
Bu sənədlərə görə, Ukrayna xüsusi xidmət əməkdaşları uzun müddətdir Məclisin lideri Mustafa Cemilevin fəaliyyətini müşahidə edirdilər və onun türk kəşfiyyatına işlədiyi və milli təhlükəsizlik üçün təhlükə doğurduğu qərarına gəliblər.
Təhlükəsizlik xidməti hesab edir ki, bu məxfi materiallar Cemilevi “nüfuzlu türk xüsusi xidmətlərin” casusu olmasından şübhələnməyə əsas verir. Əsas isə onun və Krımın Azərbaycan diasporunun lideri Hümbətov Rahimin 2013-cü ildə Krım Muxtar Respublikasının Ali Radasında “1915-ci ildə Türkiyədə erməni soyqırımının” tanınmasına dair qanun layihəsini fəal şəkildə blok edilməsinə çalışmaları və 1944-cü ildə Krım türklərinin deportasiyasını soyqırım olduğunu etiraf edilməsini irəli sürmələridir.
Krımda Azərbaycan diasporunun rəhbəri Rahim Hümbətov öz növbəsində bütün ittihamları təkzib edib.
Diasporun rəhbəri bildirib ki, bu sənədlərdəki çıxarışlar əsassızdır.
R.Hümbətov bunun ona qarşı təxribat olmasını da istisna etmir.
Mənbə:> Oxu.az