Prokurorluq Krımda “Bifuz”un keçirilməsini qadağan etdi
Krım prokurorluğu qayda pozuntuları ilə əlaqədar olaraq avqust ayında Krımda “Bifuz” musiqili festivalın keçirilməsini qadağan edib.
Oxu.Az bu barədə prokurorluğun məlumatına əsasən xəbər verir.
Xəbər verildiyi kimi cümə günü Krımın baş prokuroru Natalya Poklonskayanın sədrliyi ilə festivalın keçirilməsinin qanuniliyinə dair iclas keçirilib.
FHN və Rusiya istehlakçıları nəzarətinin nümayəndələri bildiriblər ki, festivalın keçiriləcəyi məkan istismar tələblərinə cavab vermir, rayon prokurorluğu isə qeyd edib ki, nəzərdə tutulan alkoqol satışı isə Krım hakimiyyətinin qərarına ziddir.
Qeyd edilib ki, prokurorluq tərəfindən festival təşkilatçılarına qanun pozuntusuna dair beş dəfə xəbərdarlıq edilib. Pozuntuların tam olaraq aradan qaldırılmasına qədər prokurorluq onun keçirilməsini qeyri-qanuni hesab edib.
“Bifuz” məşhur elektron musiqi festivalı “KaZantip”in davamçısıdır. Festivalın 31 iyul-16 avqust tarixlərində keçirilməsi üçün onun təşkilinin razılaşdırılmasına lazımi icazə yerli qəsəbə şurası tərəfindən verilmişdi.
Mənbə:> Oxu.Az