Ərdoğan: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır” » AzNews.info -Xəbər portalı

Ərdoğan: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır”

Ərdoğan: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır”


“Hazırda Türkiyədə 3 milyon qaçqın var. Türkiyə bu işə böyük pul xərcləyir. Bu, çox böyük məbləğdir. Qeyd edim ki, biz bəzi ölkələr kimi qapılarımızı bağlamırıq. Bağışlayın, biz insanları ölüm risk ilə üz-üzə qoya bilmərik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.

O bildirib ki, irqçiliyə qarşı birgə mübarizə aparılmasa, terrora qalib gəlmək mümkün olmayacaq: “Türkiyə 35 ildir, terrorla mübarizə aparır. Bu illər ərzində xeyli insan itirmişik. Terrora qarşı mübarizə aparırıqsa, səmimi olmalıyıq. Terrorçulara silah verənlər qınanmalıdır. 6 ildir, Suriyada insan öldürülür. Bunun qarşısı alınmalıdır”.

Ərdoğan qeyd edib ki, gənc nəsillərə gözəl gələcək nəsib etmək üçün birgə səy göstərilməlidir: “İrqçiliyə, ayrı-seçkiliyə məruz qalanların diqqəti Bakıdadır, bu tədbirdədir. Siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, dini liderlərin hərəsinin öz görəcəyi iş var. Fəaliyyətimizi koordinasiya edib, iş görməliyik”.

Mənbə: Editor.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *